Azərbaycan Premyer Liqasında VI tura "Sabah" - "Turan Tovuz" matçı ilə yekun vurulub.
Xeber-ps.com xəbər verir ki, Bank Respublika Arenada keçirilən görüş 2:2 hesabı ilə bitib.
"Sabah" klubunun heyətində Cesse Sekidika dubla (7,46) imza atıb. "Turan Tovuz"dan isə Roderik Miller (35) və Ayxan Hüseynov (75) fərqlənib.
Qeyd edək ki, turun digər görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i, "Şamaxı" "Sumqayıt"ı minimal hesabla (1:0) üstələyib. "Qarabağ" "Səbail" üzərində 2:1 hesablı qələbə qazanıb. "Zirə" isə "Neftçi"dən üstün olub - 2:0.