"Bavariya" debütanta rəhm etmədi

Almaniya Bundesliqasında üçüncü turun oyunları keçirilir.

Xeber-ps.com xəbər verir ki, "Bavariya" səfərdə çempionatın debütantı "Holştayn"nın qonağı olub.

Münhen klubu rəqibinə rəhm etməyib və ev sahiblərinin qapısından altı top keçirib. Harri Keyn het-triklə yadda qalıb. Autsayder klub bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıb - 1:6.

Qeyd edək ki, hazırda "Bavariya" 9 xalla çempionatın lideridir. "Holştayn" isə heç bir xalı olmadan sonuncu pillədə qərarlaşıb.

0.12878012657166