"Mançester Siti"dən qələbə, "Liverpul" evdə uduzdu

İngiltərə Premyer Liqasında dördüncü turun oyunları keçirilir.

Xeber-ps.com xəbər verir ki, doğma meydanda "Brentford"u qəbul edən son çempion "Mançester Siti" Erlinq Holandın dublu sayəsində üç xalı qazanıb - 2:1.

Ev sahiblərinin norveçli hücumçusu tarixi nəticəyə imza atıb. O, matçda dubl etməklə Premyer Liqanın ilk dörd turunda doqquz qol vurmağı bacaran ilk futbolçu olub.

"Liverpul" ev oyununda "Nottingem Forest"lə üz-üzə gəlib. Qarşılaşma gözlənilmədən qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.

Qeyd edək ki, hazırda "Siti" 12 xalla turnir cədvəlinə başçılıq edir. "Liverpul" 9 xalla ikincidir.

0.19913291931152