"Formula-1": Azərbaycan Qran-prisində ikinci günə start veriləcək

Bakıda təşkil olunan "Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.

Xeber-ps.com-ın məlumatına görə, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.

Ardınca "Formula-2"də sprint yarışı keçiriləcək.

Günün sonunda isə birinci dərəcəli sürücülər sıralama turuna qatılacaqlar.

Azərbaycan Qran-prisi: İkinci günün proqramı

14 sentyabr

12:30. "Formula-1": Üçüncü sərbəst yürüş

14:15. "Formula-2": Sprint yarışı

16:00. "Formula-1": Sıralama turu

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.

0.073485851287842