Kim Çen In rus "Aurus"unu yeni "Mercedes Maybach"a dəyişdi

Kim Çen In rus "Aurus"unu yeni "Mercedes Maybach"a dəyişib. Britaniyalı jurnalistlər Koreya Mərkəzi Televiziyasının videogörüntüsünə diqqət çəkiblər: daşqından zərər çəkmiş ərazilərə səfər zamanı dövlət başçısı daha bir lüks avtomobil nümayiş etdirib. Videoya əsasən, söhbət ABŞ-də yenilənmiş "Mercedes Maybach GLS 600"dən gedir.

Xeber-ps.com bu barədə dailystar.co.uk portalına istinadən xəbər verir.

Xaricdə bu cür yolsuzluq avtomobillərinin qiyməti 178 450 dollardan başlayır.

Mart ayında Şimali Koreya lideri Rusiya tərəfdən hədiyyə aldığı zirehli limuzin - "Aurus Senat"a keçmişdi. Sonra Vladimir Putinin Pxenyana səfəri zamanı ona "Aurus Senat" verildi. Bir müddət Kim Çen In müntəzəm olaraq "Aurus"dan istifadə edirdi, lakin indi "Mercedes-Benz" məhsullarına qayıdır.

Sanksiyalara baxmayaraq, Şimali Koreya liderinin avtomobil parkında çox nadir və bahalı modellər - "Mercedes Maybach S 650 2019", "Mercedes Maybach S 650 Pullman", restaylinq edilmiş "Mercedes Maybach GLS", zirehli "Mercedes Maybach 57" və yeddinci nəsil "Rolls-Royce Phantom" var. Yeni yolsuzluq avtomobili 2024-cü il model sırasına aiddir və böyük işıqlarına görə, əvvəlcə Şimali Amerika bazarı üçün nəzərdə tutulmuşdu.

0.34835815429688