Antik Troyada 3,5 min il yaşı olan artefaktlar tapıldı

Türkiyənin antik Troya şəhərində aparılan qazıntılar zamanı 3,5 min il yaşı olan ox ucu, zər və biz tapılıb. İşlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə Çanakkale Onsekiz Mart Universitetinin (ÇOMU) mütəxəssisləri tərəfindən aparılıb.

Xeber-ps.com bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.

Troya Çanakkale şəhəri yaxınlığındakı Tevfikiye kəndi ətrafında yerləşir. O, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Rəsmi arxeoloji işlər burada hələ 1870-ci illərdə başlayıb. O vaxtdan bəri qədim şəhərin ərazisində çoxsaylı arxeoloji kəşflər edilib.

ÇOMU-nun Humanitar və Sosial Elmlər fakültəsinin müəllimi, professor Rüstem Aslan bildirib ki, bu il qazıntılar arxeoloqların "Son Tunc dövrü qalası" adlandırdığı tarixi təpənin müxtəlif sahələrində aparılıb.

0.35010385513306