Demensiya xəstəsi olan Bryus Uillisin qızı atasının vəziyyətindən danışdı

Demensiyadan əziyyət çəkən Hollivud aktyoru Bryus Uillisin qızı Tallula atasının vəziyyətindən danışıb.

Xeber-ps.com bu barədə "E! News"a istinadən xəbər verir.

"Atamın vəziyyətində heç bir dəyişiklik yoxdur, - deyə Tallula bildirib.

May ayında məlum olub ki, ABŞ-li aktrisa Demi Mur keçmiş əri ilə "emosional vida" etməyə hazırlaşmağa başlayıb.

Qeyd edək ki, Uillisdə demensiya xəstəliyi 2023-cü ilin payızında aşkarlanıb. Bundan sonra sənətçinin keçmiş həyat yoldaşı Demi Mur, həyat yoldaşı Emma Heminq və Uillisin qızları ona gecə-gündüz qulluq edirlər.

0.2979040145874