Ermənistan XİN başçısını Kirantsda təhqir ediblər

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın rəhbərliyi ilə bir neçə diplomatın Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndinə səfəri gərgin şəraitdə keçib.

Xeber-ps.com bu barədə "Hraparak" nəşrinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, A.Mirzoyan yerli sakinlərə Azərbaycanla yeni sərhədin necə olduğunu göstərib və bu, bəzi kənd sakinlərinin narazılığı və etirazı ilə qarşılanıb.

Mənbə, həmçinin əlavə edib ki, Ermənistan Xarici İşlər Nazirliyi xoşagəlməz hadisələrin baş verməməsi üçün Kirants icmasının rəhbərinə qarşıdakı səfərlə bağlı əvvəlcədən xəbərdarlıq etməyib.

Qeyd olunub ki, Ermənistan XİN-in əməkdaşları kəndə çoxlu sayda Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə gəliblər. Buna rəğmən, yerli sakinlərdən bəziləri onların əleyhinə alçaldıcı ifadələr işlədiblər.

0.34668397903442