Rusiya müdafiə nazirinin keçmiş müavini həbs edildi

Xüsusilə irimiqyaslı dələduzluqda şübhəli bilinən Rusiyanın müdafiə nazirinin keçmiş müavini, ehtiyatda olan ordu generalı Pavel Popov həbs edilib.

Xeber-ps.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"İstintaqın vəsatəti təmin edilib və Popov barəsində oktyabrın 29-dək həbs qətimkan tədbiri seçilib", - hakim qərarını elan edib.

2021-2024-cü illərdə "Patriot Parkı"nın inkişafı, saxlanması və istismarına cavabdeh olan Popov əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş parkın direktoru Vyaçeslav Axmedov və Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini Vladimir Şesterov ilə birlikdə bu qurumun hesabına zənginləşməkdə ittiham olunur.

Qeyd edək ki, Popov "Patriot" parkındakı oğurluqda günahını etiraf etmir.

Rusiya müdafiə nazirinin keçmiş müavini, ordu generalı Pavel Popov saxlanılıb.

Xeber-ps.com-ın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko komitənin "Telegram" kanalında məlumat verib.

Məlumata görə, Popov olduqca böyük miqyasda dələduzluqda ittiham olunub.

Bildirilir ki, o, Moskva vilayətinin Krasnoqorsk rayonunda özünə məxsus olan ərazidə "Patriot" parkının hesabına tikinti-təmir işləri aparıb, eləcə də, müxtəlif maddi sərvətlərin tədarükünü təşkil edib.

Pavel Popov üç il ərzində "Patriot" parkının təkmilləşdirilməsinə, saxlanılması işlərinə və fəaliyyətinə cavabdeh olub və parkın direktoru Vyaçeslav Axmedov, həmçinin Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini Vladimir Şesterovla birlikdə oradan pul çıxarıb.

0.34741306304932