"TuranBank"ın Müşahidə Şurasına yeni təyinatlar

"TuranBank"​ ASC-nin Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti başa çatdığı üçün Müşahidə Şurası yeni tərkibdə formalaşdırılıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müsahibədən uğurla keçərək Rauf Kazımov yenidən Bankın Müşahidə Şurasının sədri, Nazim Sadıqov Bankın Müşahidə Şurasının üzvü seçilib. Müşahidə Şurasının yeni üzvü isə Məhəmməd Kələşovdur.

1992-ci ildən etibarən fəaliyyət göstərən "TuranBank" 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. "TuranBank"ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, "TuranBank"ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki ("Facebook", "Instagram" və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

0.45048999786377