İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb

Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödəyib.

Xeber-ps.com xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Qeyd olunub ki, bundan əvvəl, iyulun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

0.097557783126831