“Qarabağ” növbəti oyununu Türkiyədə keçirməli olacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyənin “Sivasspor” klubuna qarşı keçirəcəyi ev matçının məkanı müəyyənləşib.

UEFA-nın saytı qarşılaşmanın Türkiyənin İstanbul şəhərindəki Fatih Terim adına stadionda təşkil olunacağını bildirib.

“Qarabağ” daha əvvəl “Sivasspor”la matçın Bakıda keçirilməsi üçün UEFA-ya müraciət etmişdi. Lakin göründüyü kimi, ölkə çempionu Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar bu ev oyununu da başqa ölkədə keçirməli olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Sivasspor” matçı noyabrın 26-sı, Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

0.30882501602173