Litva Rusiyaya nota verdi

Litva Rusiya səfirliyinin nümayəndəsinə hava məkanının pozulması ilə bağlı etiraz notası təqdim edib.

Bu barədə Baltikyanı Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Hadisə iyunun 30-da Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus Moskvadan Kalininqrada uçan təyyarənin Baltik dənizi üzərindən Litvanın hava məkanına qanunsuz daxil olması və təxminən bir dəqiqə orada qalması zamanı baş verib", - deyə XİN-in bəyanatında bildirilib.

Litva tərəfi belə hadisələrə aydınlıq gətirilməsini və təkrarlanmamasını tələb edib.

Mənbə: TASS

0.32614398002625