Mingəçevirdə batdığı ehtimal olunan şəxsin axtarışlarına amfibiya təyyarəsi cəlb olunub

21 iyun 2024-cü il tarixində batdığı ehtimal olunan Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Vüqar Oruc oğlu Həsənovun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

Xeber-ps.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə FHN-nin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya təyyarəsi də axtarış işlərinə cəlb olunub.

Həmin görüntüləri təqdim edirik:

Mingəçevirdə batdığı ehtimal olunan şəxsin axtarışlarına amfibiya təyyarəsi cəlb olunub

Mingəçevirdə batdığı ehtimal olunan şəxsin axtarışlarına amfibiya təyyarəsi cəlb olunub

0.34260892868042