Ötən ay neçə nəfəri gün vurub?

2024-cü ilin iyun ayı ərzində Bakı şəhəri üzrə günvurma ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27 nəfərin müraciəti qeydə alınıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumat yayıb.

Onlardan 5 nəfər xəstəxanaya təxliyə olunub. 20 nəfərə yerində yardım göstərilib. 2 nəfər isə hospitalizasiyadan imtina edib.

Yerində yardım göstərilənlərdən iki nəfər 6 və 7 yaşlarında azyaşlılardır.

0.22666883468628