Külünglə iş yoldaşlarına hücum edib üç nəfəri qətlə yetirdi

Çinin Dasin şəhərinin sakini iş yerində mübahisə etdiyi həmkarlarına külünglə hücum edərək, üç nəfəri qətlə yetirib, bir nəfəri ağır yaralayıb.

“RİA Novosti” agentliyinin xəbərinə görə, bu barədə yerli polis idarəsindən məlumat verilib.

Hüquq-mühafizə orqanları cinayəti törətmiş 47 yaşlı kişini saxlayıb.

İnsidentin təfərrüatı araşdırılır.

0.29223680496216