Varşavada millətçilərin yürüşü vandallıqla yekunlaşdı - VİDEO

Varşavada millətçilərin Müstəqillik Günü ilə bağlı yürüşü vandallıqla yekunlaşıb. 

Bununla bağlı REN TV məlumat yayıb. 

Koronavirusla bağlı qadağalara baxmayaraq, millətçilər yürüş keçiriblər. Polislər uzun müddət onların fəaliyyətinə müdaxilə etməyiblər. 

Yürüş iştirakçıları zibil qutularına od vurub, mağazaların şüşələrini sındırıb, eyni zamanda evlərin eyvanlarına və polislərə priotexniki vasitələr atıblar. 

Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edərək, yürüşün qarşısını alıb.

0.79749083518982