Saqqızı udduqda nə baş verir?

"Saqqızı bir dəfə udmaq həzm sisteminin sağlamlığına zərər vermir. Çox miqdarda udulduqda isə ishala səbəb ola bilər".

Bu barədə ABŞ-li qastroenteroloq Nensi Makqreal məlumat verib.

Həkimin sözlərinə görə, saqqızın gec həzm olunması ilə bağlı mifin heç bir elmi əsası yoxdur. Bu məhsulun tərkibində həzm sistemində parçalanmayan emulqatorlar və müxtəlif qatranlar var. Bu o deməkdir ki, saqqız udduqdan sonra 40 saat ərzində, dəyişməz halda orqanizmi tərk edəcək.

Qastroenteroloq əlavə edib ki, aşağı kalorili saqqızda dadlandırıcı rolunu oynayan şəkər spirti ishala səbəb ola bilər.

Mənbə: LifeScience

0.057704925537109