Sosial şəbəkələrdə yeni trend yaranıb.
Belə ki, istifadəçilər uşaqlıqda olduğu kimi gözəl, qəribə quruluşlu çubuqlar axtarıb, onun şəklini paylaşırlar.
Bu hobbiyə aludə olanlar özlərini "Stick Nation" adlandırırlar.
Paylaşılan görüntülərdə "qənimətlər" həqiqətən də qəribə görünüşü ilə maraq yaradır.
Psixoloqlar bu hobbini müsbət qiymətləndirirlər. Onların fikrincə, təbiətdə gəzinti və özünəməxsus çubuqlar axtarmaq stressi azaldır, kreativliyi artırır.
Mənbə: "Koroçe" Telegram kanalı