ABŞ-nin Arizona Universitetinin alimləri intihar riskinin gecə saatlarında zirvəyə çatdığını müəyyən ediblər. Bütün intiharların 19%-i məhz gecə vaxtı baş verir.
Tədqiqatın nəticələri "Journal of Clinical Psychiatry" (JCP) jurnalında dərc olunub.
Araşdırma zamanı alimlər 2003-2017-ci illər arasında ABŞ-də baş vermiş 78 min intihar və 50 min qətllə bağlı məlumatları təhlil ediblər. Müəyyən olub ki, intiharların təxminən 19%-i və qətllərin 36%-i gecə saatlarında baş verib. Həmçinin onlar aşkar ediblər ki, səhər saat ikidən üçə kimi özünün və ya başqasının həyatına son qoymağa yönəlmiş hərəkətlərin pik nöqtəsi müşahidə edilir.
Tədqiqatçılar izah ediblər ki, həyat məhrum etməyin iki növü arasında ortaq bir amil (gecələr oyaq qalmaq) impulsiv davranışa səbəb ola bilər. Alimlər təxmin ediblər ki, gecələr yuxusuz qalmaq beynin qərar qəbul etmək üçün məsul olan kompleks koqnitiv funksiyalarını pozur, həmçinin mənfi əhval-ruhiyyənin pik həddə çatdığı vaxtda rasional düşüncəni zəiflədir. Başqa sözlə desək, gecə insan şüuru dəyişmiş vəziyyətdə olur və öz hərəkətlərinin nəticələrini düzgün qiymətləndirə bilmir.
Həmçinin məlum olub ki, gecə saatlarında intihar riski yeniyetmə və gənclər, spirtli içkilərin təsiri altında olan insanlar və yaxınları ilə münaqişədə olanlar arasında daha yüksəkdir.
Mənbə: gazeta.ru