Onlarla adam bir baş pendirin arxasınca düşdülər: İngiltərədən maraqlı kadrlar

Böyük Britaniyada təhlükəli olmasına baxmayaraq çox məşhur olan "Gloucestershire Cheese Rolling" pendir yarışı keçirilib. Bu müsabiqənin yüzilliklərlə tarixi var və kökləri bütpərəstlik dövrünə gedib çıxır.

Qaydalar sadədir: Qloster şəhərinin yaxınlığındakı dik təpədən bir baş pendir buraxılır və işarə verilən kimi bütün iştirakçılar bir anda onun ardınca qaçırlar. Finiş xəttini ilk keçən və pendiri tutan şəxs onu mükafat olaraq qazanır.

Bu dəfə yarışa hətta dünyaca məşhur strimer "IShowSpeed" də qatılıb.

Onlarla adam bir baş pendirin arxasınca düşdülər: İngiltərədən maraqlı kadrlar

Onlarla adam bir baş pendirin arxasınca düşdülər: İngiltərədən maraqlı kadrlar

O, yarışdan dizi zədələnmiş halda çıxsa da, gələn il yenə yarışda iştirak edəcəyini bildirib.

Qeyd edək ki, bu yarışlar çox təhlükəli məşğuliyyətdir. Yarışda iştirak edənlər kürək, boyun, baş nahiyələrindən ciddi xəsarətlər alırlar, hətta ayaq, qol və qabırğa sümükləri qırılanlar da olub.

Hakimiyyət orqanları dəfələrlə yarışları qadağan etməyə çalışsalar da, azarkeşlər bu qadağalara məhəl qoymurlar.

Mənbə: Daily Mail

0.10540509223938