Bakıda güclü yanğın nəticəsində evlərə ZİYAN DƏYDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yanğın nəticəsində fərdi evlərə ziyan dəyib, xəsarət alan yoxdur”.

“Report” xəbər verir ki, bunu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib.

Onun sözlərinə görə, artıq yanğının tam söndürülməsi üçün işlər görülür:

“Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş verdiyi əraziyə yaxın fərdi yaşayış evlərinə cüzi ziyan dəyib. Əsas məqsədimiz yanğının tam söndürülməsinə nail olmaqdır”.

0.1996169090271