Əməliyyatları üçün mal-qaralarını, torpaq sahələrini satıblar: 14 yaşlı qızcığazın dəstəyə ehtiyacı var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeddi dəfə ağır əməliyyat keçirən Fəranənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Xeber-ps.com-a onun anası Xəyalə Səfərova məlumat verib.

O bildirib ki, övladı sümük çürüməsi xəstəliyindən əziyyət çəkir.

“Fəranənin 14 yaşı var. Onun bir yaşı olanda qızdırması olduğu üçün iynə vurdurduq. İynə onun sümüyünə toxunduğu üçün sümüyündə çürümə başladı. Biz 13 ildə onu 7 dəfə əməliyyat etdirmişik. Hər iki ildən bir onun sümüyündəki çürümə davam etməyə, irinləməyə başladı. Sonuncu əməliyyatında isə onun oynaq sümüyü tamamilə çıxarıldı. Hazırda Fəranə yenidən əməliyyat olmalıdır”.

Xəyalə Səfərova qızının əməliyyatı üçün yardımsevər şəxslərə səslənib.

“Fəranənin əməliyyatı üçün hazırda lazım olan 12 000 manatın 3 000 manatını toplaya bilmişik. Bu günə qədər olan bütün əməliyyatları öz büdcəmizə etmişik. Mal-qaramızı, torpaq sahələrimizi hamısını satmışıq. Yoldaşım iş olanda fəhləlik edir, mən isə evdar qadınam. İnanın, bu əməliyyatı qarşılamaq üçün heç bir gücümüz qalmayıb. Əlimizdə olan hər şeyi Fəranənin sağlamlığına qovuşması üçün satdıq, amma  buna hələ də nail ola bilməmişik. Övladım gözümün qabağında günü-gündən əriyir, ağrılardan əzab çəkir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (070) 872-62-57.

Kapital Bank: 5239 1517 9102 8247.

0.11032605171204