Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Xırdalan şəhərində yolu keçən 1985-ci il təvəllüdlü Vüsal Feyzulla oğlu İsmayıllını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.
Yaralının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.