“Deputat olmaq fikrim yoxdur. Allah eləməsin. Mənim öz işim var, öz işimi görürəm. Gedib parlamentdə səhv danışaram, savadsız adamam, oxumamışam. Camaatı, dövləti aldadım?”
Bu sözləri Pravda.az-a açıqlamasında “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib.
“Mənlik deyil, adımı belə şeylərdə hallandırmasınlar. Parlament seçkisinə namizədliyimi irəli sürməklə bağlı təklif gəlsə, qətiyyən qəbul etmərəm”, - deyə iş adamı əlavə edib.