8 aylıq körpə təcili müalicə olunmalıdır: Ailənin dəstəyə ehtiyacı var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səkkiz aylıq Zeynəbin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Xeber-ps.com-a onun anası Leyla Əliyeva məlumat verib.

O bildirib ki, övladı böyrək çatışmazlığından əziyyət çəkir.

“Zeynəb ötən il dünyaya gəlib. Doğulan gündən onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Elə həmin gündən də müalicələrə başladıq. Hazırda həkimlər Zeynəbin müalicə olunmasının vacibliyini deyirlər. Əgər müalicə olunmasa, vəziyyəti daha da ağırlaşa, bir müddət sonra böyrək köçürülməsinə ehtiyacı ola biləcəyini deyirlər”.

Leyla Əliyeva övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib.

“Biz Goranboyda yaşayırıq. Yoldaşım günü 15-18 manata fəhləlik edir. Elə gün olur heç iş olmur. Mən isə evdar qadınam. Zeynəbi hər dəfə Bakıya gətirmək, müayinələrdən keçirmək, müalicə etmək bizə hər dəfə 700-800 manata başa gəlir. Bu məbləği qarşılamaq bizim kimi insanlar üçün çox çətindir. Yardımsevər şəxslərdən mənim körpə balama dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 763-40-57.

Kapital Bank: 4169 7388 9051 2845.

0.085654973983765