Onlayn dələduzların qurbanına çevrilən şəxslərin sayı artmaqda davam edir.
Xezerxeber.az-ın məlumatına görə, daha bir şəxs onlayn platformada dələduzluqla üzləşib.
Hadisə İsmayıllı rayonunun Tircan kənd sakini Xəyal Əlizadənin başına gəlib.
Şikayətçi bildirib ki, onu onlayn iş adı ilə aldadıb, daha sonra pulunu mənimsəyiblər.
Verilən tapşırığa əsasən, film izləyib şərh yazmalı, qarşılığında pul əldə etməli imiş. Amma əvəzində 4 216 manat pulu itirib.
Mövcud olmayan şirkətin adından vətəndaşdan vergi pulu da alınıb. Dələduzlar isə aldadıldığını anlayan şəxsin nömrəsini bloklayaraq yoxa çıxıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, vətəndaşlar heç bir halda onlayn iş adı ilə verilən vədlərə inanmamalıdır.
Ətraflı süjetdə: