Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində sahibsiz itlərin hücumuna məruz qalmış yeniyetmə qızın son durumu açıqlanıb.
TƏBİB-dən Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirilib ki, 2013-cü il təvəllüdlü şəxs 11.05.2023-cü il tarixində saat 19:30 radələrində təcili tibbi yardım maşını vasitəsilə Respublika Klinik Xəstəxanasına gətirilərək Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib:
“Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda pasiyentin müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir, vəziyyəti stabildir”.
Qeyd edək ki, yeniyetmə qız mayın 11-i axşam saatlarında həyətdə dostları ilə oynayarkən Bu zaman o, qaça bilməyib və ağır xəsarətlər alıb.
Könül Cəfərli