“Azərsu” ASC Hövsan aerasiya stansiyası üzrə görüləcək işlərlə bağlı açıq tenderinə yekun vurub.
Xeber-ps.com-ın dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, müsabiqənin qalibi “AzELMAŞ” Elmi Texniki Firması olub.
“Azərsu” ASC şirkətə Hövsan Aerasiya Stansiyasında çatışmazlıqların aradan qaldırılması üçün görüləcək işlərin və mal-materialların satın alınmasına görə 2 milyon 128 min 699 manat həcmində ödəniş edəcək.
Qeyd edək ki, “AzELMAŞ” 1993-cü ildən fəaliyyət göstərən müxtəlif təyinatlı mexaniki, elektrik, hidravliki intiqallı qurğu və avadanlıqların layihələndirilməsi, hazırlanması, quraşdırılması işlərini həyata keçirir.
Nigar Məmmədova