Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar.

Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər.

Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqları bir anda aradan qaldırır.

Bunun üçün bir çay qaşığı soda və bir çay qaşığı duz qarışdırılır. Sonra üzərinə ilıq su əlavə edilib məcun halına salınır. Həmin qarışıq şüşələrə sürtülür və sonra isti su ilə yuyulur. Bu yolla eynəklərdəki kiçik cızıqlardan xilas olmaq mümkündür.

Mənbə: Haber Global

0.17681908607483