Britaniyalı biznesmen bukmeyker kontorunda Trampın qələbəsinə 5 milyon dollar yatırdı

Böyük britaniyalı biznesmen ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsinə beş milyon dollar yatırıb.

Bu barədə “The Sun” məlumat yayıb.

Sözügedən şəxs Karib hövzəsində fəaliyyət göstərən bukmeyker kontorlarından birində 2.85 əmsala mərc edib. D.Tramp seçkidə qələbə qazanacağı halda o, 14.2 milyon dollar qazanacaq.

0.33622002601624