“Ermənistana ancaq Cənubi Qafqazda Qərbin aləti rolu verilir”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib:
“Görünən odur ki, Vaşinqton və Brüssel Rusiya ilə Ermənistan arasında həm təhlükəsizlik, həm də iqtisadi sahədə bütün əlaqələri məhv etməyi, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının mexanizmlərini sarsıtmağı qarşısına məqsəd qoyub. Qərb ölkələri Cənubi Qafqazda ən yaxın qonşuları düşmən etməyə çalışır, Ermənistana isə sadəcə ABŞ və Avropa İttifaqının (Aİ) yeni böyük yanğınını alovlandırmağı planlaşdırdığı alət rolu verilir”.
Zaxarova Aİ, ABŞ və Ermənistan arasında Brüssel görüşündə qəbul edilən sənədi də şərh edib.
“Sənəddə rus sərhədçilərinin ABŞ-Aİ-NATO mütəxəssisləri ilə əvəzlənməsi, amerikalıların və Aİ-nin Ermənistan sərhədində Azərbaycan və İrana qarşı təxribat fəaliyyətinin genişləndirilməsi, eləcə də Ermənistanın mühüm infrastrukturunun və enerji sisteminin istiqamətinin dəyişdirilməsinin nəzərdə tutulduğu aydın olsa, təəccüblənmərik. Həqiqətən də ABŞ nümayəndələri və Avropa İttifaqı bu ideyaları İrəvana fəal şəkildə aşılayıblar”, - deyə Zaxarova bildirib.
Mənbə: TASS