Polis əməkdaşları ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürüblər.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 16-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir pulemyot, iki tapança, bir qumbara, altı tüfəng, iki patron darağı və 848 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.