Əlcəzair prezidenti koronavirusa yoluxdu

74 yaşlı Əlcəzair Prezidenti Abdelmacid Tebbu koronavirusa yoluxub.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Ölkə başçısının Almaniyada yerləşən ixtisaslaşmış xəstəxanada müalicə olunduğu bildirilir.

Hökumət ofisinin məlumatına görə, prezidentin səhhətində müsbət irəliləyiş qeydə alınır.

0.37496614456177