İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti ilə bağlı açıqlama verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası üçün hazırlıq işləri aparılır”.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani aprelin 15-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Tehranda diplomatik fəaliyyətini bərpa etmək üçün ilk müsbət addımlar atılıb, xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb.

O qeyd edib ki, bu yaxınlarda Azərbaycanın diplomatik nümayəndə heyəti hazırlıq işləri aparmaq üçün Tehrana səfər edib:

“İran və Azərbaycan yekdil fikirdədirlər ki, siyasi əməkdaşlıq digər sahələrdə əməkdaşlıqla paralel inkişaf etməlidir”, - deyə İİR XİN sözçüsü bildirib.

Mənbə: Namehnews.com

0.25192904472351