Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
Bu barədə Xeber-ps.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 10 binada təşkil olunub.
İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 506, BB qrupu üzrə 2 258 olmaqla, ümumilikdə 2 764 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 239 nəzarətçi və 40 buraxılış rejimi əməkdaşı ayrılıb.
Aprelin 15-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın iki gün ərzində elan olunacaq.