Azad olunmuş ərazilərdə 800-dən çox şagird təhsil alır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azad olunmuş ərazilərdə səkkiz məktəbdə 800-dən çox şagird təhsil alır.

APA xəbər verir ki, bunu Avropa Azərbaycan Məktəbində keçirilən “3-cü beynəlxalq təcrübə əsaslı öyrənmə” konfransında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O bildirib ki, qarşıda duran əsas məsələlər ümumi təhsilin keyfiyyətinin artırılması, məzmunun yaxşılaşdırılması və təcrübə əsaslı öyrənmədə beynəlxalq standartlara uyğunlaşmanın təmin edilməsidir:

“Daha bir vacib məsələ müəllimlərin rifah halının yaxşılaşdırılmasıdır. Artıq 40 min müəllim sertifikasiyadan keçib, proses davam edir. Bundan başqa, məktəblərdə internetə əlçatanlığın təmin edilməsi üçün işlər davam etdirilir. Hədəfimiz məktəb üzrə hər altı uşağa bir kompüterin olmasıdır”.

0.1062479019165