Paşinyandan separatçı rejimlə bağlı etiraf: “1,3 milyard dollar vermişik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizə xatırladırlar ki, seçki proqramımızda Rusiya ilə strateji tərəfdaşlıq və KTMT ilə münasibətlərin dərinləşdirilməsi yer alırdı. Bəli, düz deyirsiniz, belə idi. Bəs KTMT köməyə gəlməkdən imtina edirsə necə? Müqavilə işləmirsə nə etməli?”

“Caliber” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki bugünki çıxışı zamanı deyib.

O, yenə də Rusiyadan gileylənib.

“İrəvanın əmri ilə işə salınmalı olan Ermənistan və Rusiyanın birgə hava hücumundan müdafiə sistemi lazımi vaxtda işə düşmədi. Belə epizodlar çoxdur”, - deyə baş nazir bildirib.

Paşinyan ATƏT-in keçmiş Minsk Qrupundan da narazıdır.

“30 ildir ki, çuval kimi o yan-bu yana atılmışıq. Onlar Ermənistana bir cür deyib, başqa cür ediblər”, - deyə o qeyd edib.

Paşinyan separatçı rejimin Ermənistandan maliyyələşdirilməsini də etiraf edib.

“Bizə deyirlər ki, hökumətimiz “Dağlıq Qarabağ”ı tək qoyub. 2020-ci ildən 2023-cü ilə qədər Ermənistan hökuməti “Dağlıq Qarabağ”a 538 milyard dram və ya 1,3 milyard dollar verib. Biz onları təkmi buraxmışıq?”, - baş nazir vurğulayıb.

0.1448860168457