“Ayxan mənim yeganə övladımdır, onu itirsəm, həyatımın mənası qalmaz”.
Bu sözləri övladı Ayxan Qarayev üçün dəstək istəyən Yetər Qarayeva Xeber-ps.com-a deyib.
O, övladının beynində anadangəlmə şiş olduğunu bildirib.
“Ayxan ötən ilin sentyabrında dünyaya gəlib. Hamiləliyim boyunca hər şey qaydasında idi. Ayxan doğulan gün küvəzə düşdü, həkimlər beynində şiş olduğunu dedilər. Doğulduğu gündən müalicələrə başladıq. Əlimizdə olan-qalan hər şeyi müalicələr üçün satdıq”.
Yetər Qarayeva övladının müalicəsi üçün hazırda 1 200 manata ehtiyacları olduğunu deyib.
“Biz Yevlaxda yaşayırıq. Yoldaşım fəhlə işləyir, gündəlik pul qazanır. Bəzən olur ki, iş olmur. Müalicə üçün toyumuzda alınan qızılları, dəyərli əşyalarımızı satmışıq. Müalicələri davam etdirməyə gücümüz yoxdur. Həkimin yazdığı bir aylıq müalicə üçün hazırda 1 200 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 434-54-67.
“Kapital Bank”: 5239 1517 8504 5066.