Hindistanlı politoloq: “Yeni Dehli Pakistan, Türkiyə və Azərbaycanın ittifaqına qarşıdır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi ölkəsinin silahları ilə bağlı açıqlama verərək fəxrlə qeyd edib ki, Paris İrəvana başqalarının ala bilmədiyi hərbi texnika verir.

Əslində isə Ermənistan tərəfinin əsas silah tədarükçüsü Fransa deyil, Hindistandır.

Məlumdur ki, bir müddət əvvəl Ermənistan Hindistandan silah almaq üçün bu ölkə ilə 250 milyon dollardan artıq məbləğdə müqaviləyə imza atıb.

Erməni mediası xəbər verir ki, söhbət Hindistanın 214 mm-lik “Pinaka” reaktiv yaylım atəş sistemləri və onlar üçün mərmilər, adı açıqlanmayan tank əleyhinə raket kompleksləri və müxtəlif döyüş sursatlarından gedir.

Sonra isə əlavə hərbi müqavilələrin bağlandığı məlum oldu.

Belə ki, “Trend” agentliyinin məlumatına görə, Ermənistanla Hindistan arasında müqavilələrin ümumi həcmi, bəzi məlumatlara görə, təxminən iki milyard dollardır.

Bir neçə ay əvvəl isə ermənistanlı və rusiyalı ekspertlər hətta Ermənistanın, Fransanın və Yunanıstanın da daxil olduğu və anti-Azərbaycan oxu hesab edilə biləcək “Kiçik Antanta” oxunun yaradılmasının mümkünlüyündən danışmağa başladılar. Bəziləri siyahıya Hindistanın adını da əlavə edirlər.

Vəziyyəti Xeber-ps.com-a şərh edən hindistanlı politoloq Məhəmməd Pərviz Bilqami qeyd edib ki, Ermənistana Hindistan silahlarının verilməsi, əslində, bir tərəfdən Hindistan, digər tərəfdən Pakistan arasında geosiyasi rəqabətin təzahürüdür:

“Türkiyə və Azərbaycan İslamabadı tam dəstəkləyirlər. Hindistan isə Ermənistana silah verməklə bir növ Pakistan-Türkiyə-Azərbaycan müttəfiqliyini cilovlamağa çalışır”.

- Bəs Ermənistanı dəstəkləyən Hindistan, Fransa və İran ittifaqının yaranmasından necə, danışmaq olarmı?

- Düşünürəm ki, yox. Fransanın Ermənistanı dəstəkləməsinin səbəbləri tamam başqadır və bu, hamıya yaxşı məlumdur. İran da Ermənistanı dəstəkləyir, çünki o qorxur və İran İslam Respublikasının daxilində olan nəhəng azərbaycanlı əhalinin arzularını cilovlamağa çalışır. Bundan başqa, Tehran Türkiyə və Azərbaycanın iştirakı ilə böyük türk ittifaqının yaradılmasını istəmir. Hindistanın İrəvanı dəstəkləməsinin səbəblərini isə mən artıq yuxarıda qeyd etmişəm.

Nair Əliyev

0.11380577087402