Azərbaycan Qazaxıstana başsağlığı verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.

Bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Qardaş Qazaxıstanda baş verən dağıdıcı daşqınları dərin hüznlə qarşıladıq. Bu fəlakətdən zərər çəkən insanlara şəfa diləyirik, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Qardaş Qazaxıstanın xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”, - məlumatda qeyd olunub.

0.12670302391052