Ermənistan Brüssel görüşü ilə geri dönüşü olmayan tunelə salınıb - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Brüsseldə aprelin 5-də keçirilən ABŞ-Aİ-Ermənistan formatlı görüşü ilə Ermənistan geri dönüşü olmayan tunelə salınıb və Qərbdən asılı vəziyyətə düşüb”.

Bunu ”Report”a Milli Məclsin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, Qərbdəki bəzi güclər Cənubi Qafqazı da müharibə zonasına çevirmək üçün fəaliyyətə keçiblər: “Bu qanlı planın icrası üçün isə vasitə kimi Ermənistandan istifadə edilir”.

Vüqar İskəndərovun sözlərinə görə, bu gün ABŞ və Aİ-nin timsalında Qərbin müharibə komandası Ermənistanı silahlandırılması, ona maliyyə yardımlarının edilməsi üçün hərəkətə keçiblər: “Bu plana hansısa “missiya” adı altında ABŞ əsgərlərinin Ermənsitan yerləşdirilməsi də daxildir. Elə aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşü də bu məqsədə xidmət edir”.

Deputat bildirib ki, Azərbaycan bu addımların regiona təhlükə törətdiyini bəyan edib və öz qətiyyətli mövqeyini ortaya qoyub: “Məhz bunun nəticəsidir ki, ABŞ və Aİ rəsmiləri görüşdən öncə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək izah verdilər. Bununla belə Azərbaycan o mövqeyində qaldı ki, bu görüş Cənubi Qafqazda yenidən gərginlik yaratmağa xidmət edir”.

O qeyd edib ki, ABŞ və Aİ Azərbaycanı əmin etmək istəyirdilər ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib.

“Amma bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var. Məsələn, Brüsseldə Ermənistanın “iqtisadi inkişafı” müzakirə olunacağı vəd edilsə də, bir neçə yüz milyonluq yardım üçün belə formatda görüşə ehtiyac yox idi. Deməli, pərdəarxası hərbi yardımın ayrılması və hərbi paktdır. Xüsusilə də, görüşdən sonra Ermənistan tərəfinin cəbhədə hərbi təxribatlar törətməsi bu məqama işıq salır və Azərbaycanın narahatlığının əsassız olmadığını sübut edir”, - o deyib.

Deputat əlavə edib ki, Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır: “Azərbaycanın gücü, hərbi qüdrəti bəllidir. Digər tərəfdən Ermənistan unutmasın ki, Qərbə yalnız vasitə kimi lazımdı. Mən bədxah qonşularımıza tarixi “Sevr” müqaviləsini xatırlatmaq, daha doğrusu Brüssel razılaşmasını o müqavilə ilə müqayisə etmək istəyirəm. Xatırladım ki, o zaman ermənilər vədlər qarşılığında Osmanlıya qarşı müharibəyə girdilər, amma həm məğlub oldu, həm də vəd olunanları almadılar. Ermənistan tarixdən nəticə çıxarmır və yenə özünü eyni tələyə salır. Dediyim kimi Ermənistandan yenə qonşu dövlətlərə qarşı istifadə olunur. Və bu dəfə də aqibəti acınacaqlı olacaq”.

0.1355459690094