Meqan Markl Keyt Middltonun vacib xahişini rədd etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahzadə Uilyam və Keyt Middleton Meqan Markl və Şahzadə Harrini Böyük Britaniyaya dəvət ediblər.

Qeyd olunur ki, Keyt Middlton Meqan Markl və Şahzadə Harri ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Onlar Sasseks hersoqlarını barışmaq və övladları - oğlu Arçi və qızı Lilibet ilə ünsiyyət qurmaq üçün Böyük Britaniyaya dəvət ediblər. Bununla belə, Şahzadə Harri və Meqan Marklın bu təklifdən imtina etdikləri bildirilir.

“Meqan uşaqlarını Böyük Britaniyaya gətirə bilməyəcək. Uilyam və Keyt Meqan və Harrini barışmaq üçün oğulları və qızları ilə birlikdə gəlməyə dəvət ediblər. Lakin bu təklif indiyə qədər heç bir nəticə verməyib”, - kral eksperti Tom Kuinn bildirib.

Mənbə: The Mirror

0.094022035598755