Nazirlər Kabineti “Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərinin Siyahısı”nın təsdiq edilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.
Xeber-ps.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, siyahıya ölkənin Təhlükəsizlik Şurası katibinin müavini əlavə olunub.