Ombudsman mina terroru ilə bağlı bəyanat yayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın insan haqları üzrə müvəkkili (Ombudsman) mina terroru ilə bağlı bəyanat yayıb.

Bu barədə  Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ermənistanın otuz illik işğal dövründə torpaqlarımızda basdırdığı minalar insanların həyatına və sağlamlığına təhlükə yaratmaqda davam edir:

“Növbəti mina terroru nəticəsində dörd nəfər mülki şəxs yaralanıb.

Ümumilikdə İkinci Qarabağ müharibəsindən bu günədək 350 nəfər minadan zərər çəkib.

Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir”.

0.12709712982178