Sabir Rüstəmxanlının qızından boşanan müğənni: “Kürəkən” yazmayın” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Elçin Cəfərov boşanması haqda xəbərlərə cavab verib.

Xeber-ps.com xəbər verir ki, sənətçi bu haqda “Zaurla Günaydın” proqramında danışıb.

“Nə danışsam, xəbərə çevrilir. Elə bir ailə yoxdur orada söz-söhbət olmasın. Bacardığım qədər nümunə olmağa çalışmışam: ailəmdə, sənətimdə. Bəzən insanın özündən asılı olmayan hallar baş verir. Bir işi sona qədər davam etdirirəm. Çalışmışam atan tərəf olmayım, sona qədər mübarizə aparım. Narahat olmayın, hər şey qaydasındadır. Pis məqamlar olmasa, yaxşının qədrini bilmərik. Bu gün elə şeylər var ki, sabah insan bir-birinə daha bağlanır. Xəbər yazanda mənim adımdan yazılsın, “kürəkən” yazmayın”, - deyə Cəfərov bildirib.

Xatırladaq ki, 2016-cı ildə ailə həyatı quran Elçin və Aydan cütlüyü bu ilin fevralında boşanıb. Cütlüyün bir oğlu var. Aydan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızıdır.

0.11757302284241