Müğənni Xatirə İslam ailəsi ilə Birləşmiş Ərəb Əmirliyinə tətilə gedib.
Xeber-ps.com xəbər verir ki, Əbu-Dabidə dincələn sənətçi fotolarını “Instagram”da paylaşıb. O, həyat yoldaşı Fəxrəddin Musazadə və oğlu Emillə dincəldiyini bildirib.
Xatirə, eyni zamanda, təyyarə qorxusunun olduğunu vurğulayıb:
“İlk dəfədir, Əbu-Dabidəyəm. Səhərə qədər gözümü yummamışam. Mənim təyyarə fobiyam var idi. Bu axşam daha çox oldu. Şükür, yaxşı gəldik çatdıq”.
Sənətçi çamadanının təyyarədə sındırıldığı görüntüləri paylaşıb.