“Crocus City Hall”da törədilən terror aktı qurbanlarının sayı artıb.
Rusiyanın Moskva vilayətinin Səhiyyə Nazirliyi martın 22-də “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində Moskva və Moskva vilayətinin tibb müəssisələrində xəstəxanaya yerləşdirilən qurbanların siyahısını yeniləyib.
Qeyd olunur ki, ümumilikdə siyahıda 182 nəfərin adı var.
Belə ki, 121 nəfər stasionar, daha 61 nəfər isə ambulator müalicə alır.
Mənbə: TASS
18:40
Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 137 nəfərə çatıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Ölənlərin meyitlərinin tanınması davam etdirilir. Hazırda terror aktı yerindən üçü uşaq olmaqla 137 nəfərin meyiti tapılıb. Hadisə yerinə baxış davam edir. Bu günə kimi 62 meyit müəyyən edilib”, - məlumatda bildirilir.
Mənbə: vedomosti.ru
14:58
Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda həlak olanların sayı 150 nəfərə çatıb.
Bu barədə “112” “Telegram” kanalı məlumat verib.
Qeyd olunur ki, ölü sayının artacağı istisna edilmir.
13:55
Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda həlak olanların sayı 115 nəfərə çatıb.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.
12:26
Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda həlak olanların sayı 93 nəfərə çatıb.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.
“112” “Telegram” kanalının məlumatına görə isə, ölənlərin sayı 100, yaralıların sayı 200-dür.
11:44
Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda yaralıların sayı 183 nəfərə çatıb. Onlardan səkkizi uşaqdır.
Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.
Rusiya səhiyyə naziri Mixail Muraşko isə “Rossiya-24” telekanalına ki, xəstəxanalara 115 nəfər aparılıb və onlardan 61-nin vəziyyəti ağırdır.
09:58
Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda ölənlərin sayı 82 nəfərə çatıb.
Bu barədə “112” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, ölənlərdən üçü uşaqdır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə baş idarəsinin rəis müavini Aleksandr Perequda isə bildirib ki, sözügedən kompleksdə baş verən yanğının söndürülməsinə bir neçə saat vaxt lazım olacaq:
“Yanğını söndürməyimizə 1,5-2 saat vaxt lazımdır. Sonra içəri girib vəziyyəti qiymətləndirəcəyik. Bundan sonra görüləcək işlərin hansı ardıcıllıqla yerinə yetirilməsi və dağıntıların təmizlənməsi dinamikası tam aydın olacaq”.
Qeyd edək ki, yanğının söndürülməsinə 477 nəfər canlı qüvvə, 183 xüsusi texnika cəlb edilib. Yanğın 13 min kvadratmetrdən çox ərazini əhatə edib.
08:54
Rusiyanın paytaxtı Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.
Bu barədə “Shot” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, ölənlərin sayı 70 nəfərə çatıb.
Mənbədən vurğulanıb ki, onlar ayaqyolunda, bəslənmə otaqlarında (körpələri yedizdirmək üçün) və təmizlik inventarlarının yığıldığı otaqlarda gizlənsələr də, yanğının tüstüsündən boğulublar.
02:56
Moskvada “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.
İlkin məlumatlara görə, ölənlərin sayı 62 nəfərə çatıb.
Eyni zamanda, binanın bütün otaqları hələ də yoxlanılmayıb.
Bu səbəbdən ölənlərin sayı arta bilər.
Qeyd edək ki, baş verən hadisə nəticəsində yaralananların sayı 147-yə çatıb.
02:07
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananların sayı 147-yə çatıb.
Bu barədə vilayətin Səhiyyə Nazirliyinin verilənlər bazasından məlum olub.
Qeyd edək ki, baş verən hadisə nəticəsində 40 nəfər ölüb.
01:15
Moskvada konsert zalında baş verən hadisə nəticəsində başlayan yanğın söndürülüb.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi (İK) Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktı ilə bağlı cinayət işi açıb.
Xatırladaq ki, bu gün Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.
Mənbə: TASS
00:38
Rusiya İstintaq Komitəsi (İK) Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktı ilə bağlı cinayət işi açıb.
Bu barədə Rusiya İK mətbuat xidməti məlumat yayıb.
“Crocus City Hall” konsert zalında baş vermiş insidentdən sonra Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açıb”, - deyə bəyanatda qeyd olunub.
Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının istintaq qrupu hadisə yerinə gedib.
Mənbə: TASS
22.02.2024, 23:36
“Crocus Group”un rəhbəri Araz Ağalarov və “Crocus City Hall”un rəhbəri Emin Ağalarov hadisə yerindədirlər.
Xatırladaq ki, bu gün Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.
22.02.2024, 23:16
“Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb.
Bina yanmağa davam edir. Yanğın sahəsi təxminən üç min kvadratmetr təşkil edir.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binada baş verən yanğının söndürülməsi üçün aviasiyadan istifadə edilir, helikopter yanan binaya su tökür, daha iki helikopter isə havaya qalxmağa hazırlaşır.
Qeyd olunub ki, “Crocus City Hall”un yaxınlığında içərisində partlayıcı maddə olan avtomobil ola bilər, Xüsusi Çevik Müdaxilə Dəstələri insanları binadan uzaqlaşdırırlar.
Həmçinin, yeni çökmənin baş verdiyi də bildirilir. Binadan qışqırıq səsləri eşidilir.
Mənbə: news.ru
22.02.2024, 23:00
Moskvada “Crocus City Hall” ticarət mərkəzində yeni partlayış səsi eşidilib.
Qeyd olunub ki, bina tam mühasirəyə alınıb. Xüsusi Çevik Müdaxilə Dəstəsi binaya basqın etməyə başlayıb. Yanğınsöndürənlər də həmçinin binaya daxil olublar.
Bildirilib ki, terrorçular ticarət mərkəzinin zallarından birində barrikada qurublar.
Ticarət mərkəzində ilişib qalanların sayı barədə dəqiq məlumat yoxdur.
Verilən məlumata görə, hücum edənlərdən dördü cinayət yerindən qaça bilib.
Mənbə: “BAZA” “Telegram” kanalı
22.02.2024, 22:25
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.
Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.
22.02.2024, 22:08
Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda baş verən atışmada ölənlərin sayının 15-ə, yaralananların sayının isə 50-yə çatdığı bildirilib.
Bu barədə “Readovka” “Telegram” kanalı məlumat yayıb.
Qeyd edək ki, konsert salonunda partlayış baş verib və tavan çöküb. Eyni zamanda silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açmasının görüntüləri də yayılıb.
22.02.2024, 21:42
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da insanlara atəş açılıb.
Bu barədə “Mash” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.
Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.