Türkiyədə 10 ildir uşaqlara təcavüz edən şəxslə bağlı yeni detallar ortaya çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində su satdığı ailənin 11 yaşlı qızını dərsdən sonra qaçıraraq iş yerində zorakılığa məruz qoyduğu iddia edilən Metin Şenaya qarşı etirazlar davam edir.

Aparılan araşdırmalarla məlum olub ki, Şenay qonşuluqdakı digər uşaqlara da cinsi təcavüz edib və bunu lentə alıb.

Türkiyəni şoka salan hadisəyə məşhur adlar da reaksiya veriblər. Onların arasında Ebru Gündeş, Gülbün Ergen, Nebahat Çehre, Tuğçe Tayfur, Aslı Şafak, Melek Baykal, Hande Ataizi olub. Məşhurlar bu vəhşiliyə susmamağa çağırıblar və Şenayın edama məhkum edilməsini tələb edən yazılar paylaşıblar.

Mənbə: haberglobal.com

0.093231201171875