Ağır xəstəlikdən əziyyət çəkən Brüs Uillisin həyat yoldaşı: “Bir seçim edə bilərəm” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağır xəstə olan Hollivud aktyoru Brüs Uillisin həyat yoldaşı evlilik ildönümünü qeyd etmək qərarına gəlib.

Emma Heminq-Uillis şəxsi bloqunda çətinliklərin yalnız ailələrini bir araya gətirdiyini bildirib.

“Bu gün toyumuzun 15-ci ildönümüdür! Bu gün mən bir seçim edə bilərəm. Ya kədər içində boğulmaq, ya da bu günü qeyd etmək. Bilirəm ki, qeyd etmək üçün bir çox səbəb var. Bizim birliyimiz və əlaqəmiz yəqin ki, həmişə olduğundan daha güclüdür. İki möhtəşəm, şən və sağlam qızımız var. Qarşılıqlı hörmət və heyranlıq üzərində qurulmuş bir ailəmiz var. Mən isə sadəcə evləndiyim adamı sevirəm və ona pərəstiş edirəm. Sahib olduqlarımız və yaratmağa davam etdiklərimizlə fəxr edirik. Odur ki, bizim kristal yubileyimiz mübarək”, - deyə model yazıb.

Mənbə: gazeta.ru

0.052884101867676